Saytımızı qiymətləndirin


 
 

Litva Ukraynaya zirehli transportyorlar və sursat göndərəcək
Tarix: 21-07-2022 | Saat: 08:12
Bölmə:Karusel / Region | çapa göndər

Ordu Texnologiyasına görə ilk on zirehli personal daşıyıcısı. Ordu Texnologiyasına görə ilk on zirehli personal daşıyıcısı Və zavod niyə bağlanma təhlükəsi altında idi

Litva yaxın vaxtlarda Ukraynaya əlavə hərbi dəstək – “M113” və “M577” zirehli transportyorları, həmçinin digər sursatlar verəcək.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Arvidas Anuşauskasın sözlərinə görə, “M113” Ukrayna Silahlı Qüvvələrinin mühüm hissəsinə çevrilir və Litva buna mühüm töhfə verir.

“Hazırda Kiyev tərəfindən hərbi polisin, minalardan təmizləmə üzrə mütəxəssislərin hazırlanması üçün sorğu təqdim olunub. Litva ordusu, həmçinin təlimatçılar göndərməklə Böyük Britaniyada ukraynalı kadrların genişmiqyaslı təliminə töhfə verəcək”, - A.Anuşauskas NATO-nun Ukraynaya Dəstəyin Koordinasiyası Qrupunun distant iclasında deyib.

Litva artıq Ukraynaya “Stinger” hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar, zirehlər və dəbilqələr, 120 mm-lik minaatanlar, atıcı silahlar, döyüş sursatları, termoqrafik kameralar, pilotsuz uçuş aparatları, anti-dronlar, müşahidə radarları, “M113” zirehli transportyorları, yük maşınları, yolsuzluq avtomobilləri verib.

Ümumilikdə Litvanın Ukraynaya hərbi yardımı təxminən 123 milyon avro təşkil edir.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər