Saytımızı qiymətləndirin


 
 

Ermənistanın qonşu ölkələrə ərazi iddiası yoxdur - Erməni spiker
Tarix: 20-07-2022 | Saat: 14:40
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan regionda kommunikasiyaların açılması, eləcə də Azərbaycanla sərhədin müəyyənləşdirilməsi üçün səylər göstərir.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Almaniya parlamentinin vitse-spiker Ketrin Gerinq-Ekardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
 

Tərəflər 2020-ci ildəki 44 günlük müharibədən sonra Ermənistan və Qarabağdakı vəziyyəti müzakirə ediblər. Simonyan qeyd edib ki, Ermənistan sülhpərvər gündəmi irəli sürür və regionda kommunikasiyaların açılması, həmçinin sərhəd və sərhəd təhlükəsizliyinin delimitasiyası üçün səylər göstərir. O, Ermənistanın qonşu ölkələrə heç bir ərazi iddiasının olmadığını vurğulayıb.
 

Guerin-Eckardt qeyd edib ki, Berlin hadisələri diqqətlə izləyir və sülh danışıqlarının zəruriliyinə əminliyini ifadə edir.

Ermənistan-Almaniya əməkdaşlığı da müzakirə olunub. Simonyan qeyd edib ki, Almaniya Aİ ölkələri arasında Ermənistanın ən böyük ticarət-iqtisadi tərəfdaşı olaraq qalır. Bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.(modern.az)



Xəbəri paylaş

1166 dəfə oxunub.

Digər xəbərlər
8-05-2021, 16:48 Günlük yoluxma azaldı