Tarix: 11-12-2024 | Saat: 11:17
Bölmə:Karusel / Multimedia | çapa göndər
Radio bu gün də əhalinin məlumatlandırılmasında, ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır.
Qarabaginfo.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” adlı tədbirdə Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə deyib.
O qeyd edib ki, buna görə də zamanın tələbinə uyğun olaraq qabaqcıl texnologiyaların tətbiqi zəruridir: "AM yayımından FM yayımına keçid və bu gün FM yayımının ölkə ərazisində genişləndirilməsi hal-hazırda aparılmaqdadır. Bu işlər yenə də dövlət siyasətinə uyğun olaraq həyata keçirilir və dövlət büdcəsindən lazımi vəsaitlər ayrılır. Ölkəmizdə zəruri vəsaitlərlə yanaşı bir dəfəlik maliyyə yardımları edilməsi təcrübəsi də mövcuddur. 2016-cı ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölkədə mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması, radio yayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi məqsədi ilə 5 dəfə ümumi həcmi 15 milyon manat olan bir dəfəlik maliyyə yardımları edilib".
Digər xəbərlər