Saytımızı qiymətləndirin


 
 

ABŞ İranda etirazlara qarşı təzyiqlərin artmasından narahatdır
Tarix: 22-11-2022 | Saat: 23:58
Bölmə:Karusel / Manşet | çapa göndər

ABŞ İranda etirazlara qarşı təzyiqlərin artmasından narahatdır

ABŞ administrasiyası İran hakimiyyətinin etirazlara qarşı artan zorakılığından narahatdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer açıqlama verib.

 

Onun sözlərinə görə, hazırda Ağ Ev hər hansı yeni sanksiyalar elan etmir.

“Biz İranda dinc nümayişlərə qarşı güclənən zorakılıqdan ciddi narahatlıq keçiririk. Biz dinc nümayişçiləri həbs edən və onlara atəş açan İran hakimiyyətini qınayırıq”,- deyə o bildirib.
O, Ağ Evin İran hakimiyyətinə qarşı sanksiyaların nəticələri, həmçinin Vaşinqtonun bununla bağlı daha hansı addımları nəzərdən keçirməsi ilə bağlı suala cavab verib.
“Biz günahkarları məsuliyyətə cəlb etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edəcəyik”, - deyə Karin Jan-Pyer bildirib.



Xəbəri paylaş

1152 dəfə oxunub.

Digər xəbərlər