Ana Sayfa > Karusel / Manşet > ABŞ İranda etirazlara qarşı təzyiqlərin artmasından narahatdır
ABŞ İranda etirazlara qarşı təzyiqlərin artmasından narahatdır22-11-2022, 23:58. Yazar: Admin |
ABŞ administrasiyası İran hakimiyyətinin etirazlara qarşı artan zorakılığından narahatdır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer açıqlama verib.
Onun sözlərinə görə, hazırda Ağ Ev hər hansı yeni sanksiyalar elan etmir. “Biz İranda dinc nümayişlərə qarşı güclənən zorakılıqdan ciddi narahatlıq keçiririk. Biz dinc nümayişçiləri həbs edən və onlara atəş açan İran hakimiyyətini qınayırıq”,- deyə o bildirib. Geri dön |