Tarix: 19-07-2022 | Saat: 19:30
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 19-da Şamaxı, İsmayıllı, Qobustan, Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.
Qarabaginfo.az xəbər verir ki, qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar bölgə şöbəsinə müvafiq göstərişlər verilib.
Daha sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Vətən Müharibəsi şəhidi Əliyev Yusif Asif oğlunun ailəsini ziyarət edib. Ziyarətə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov və digər rəsmi şəxslər də qatılıblar. Ziyarət edənlər şəhidimizin xatirəsinə ehtiram əlaməti olaraq güşəsinə
baxış keçirib, şəhidin ailə üzvlərinin istək və arzularını dinləyiblər.
Digər xəbərlər