Saytımızı qiymətləndirin


 
 

Ermənistan Azərbaycanın tələbini yerinə yetirməyə tələsdi, "Arsax" müdafiəsiz qalacaq - Manukyan
Tarix: 19-07-2022 | Saat: 16:18
Bölmə:Karusel / Region | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının üzvü Qeqam Manukyan öz Facebook səhifəsində yazıb. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bugünkü müsahibəsinə münasibət bildirib.

“Bu müsahibə sadəcə olaraq Armen Qriqoryanın Azərbaycan Prezidentinə cavabıdır. Bu, Ermənistanın Qarabağ ərazisində hərbi mövcudluğunun olmayacağının və Ermənistan hakimiyyətinin mövqeyinin ictimai təsdiqidir. Həm də bununla “Arsax” müdafiəsiz qalacaq.

Bu bəyanat təsadüfi deyil, çünki ötən gün İlham Əliyev də erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən tam çıxarılmaması barədə bəyanatı ilə Rusiya tərəfini tənqid edib.

Beləliklə, Ermənistan hakimiyyəti Əliyevin və Türkiyə hakimiyyətinin bütün tələb və ilkin şərtlərini addım-addım yerinə yetirməkdə davam edir.

Eyni zamanda bu bəyanatda başqa bir təhlükə də var. Bununla onlar Ermənistan vətəndaşlarını qorxutmağa, onları “Arsax müdafiə ordusu”nda xidmət üçün müqavilə bağlamaqdan çəkindirməyə çalışırlar.

Çünki hadisələrin gözlənilməz inkişafı halında Ermənistan hökuməti “vətəndaşları”ndan əl çəkəcək, əgər Allah eləməsin, Azərbaycan tərəfinə keçsələr, onların müdafiəsini təmin etməyəcək”, – deyə Manukyan yazıb.

Xatırladaq ki, bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” dövlət agentliyinə müsahibə verib. O, Ermənistanın Qarabağ ərazisində silahlı qüvvələrinin və müqaviləli hərbçilərin olmadığını təsdiqləyib.(konkret.az)



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər