Tarix: 19-07-2022 | Saat: 01:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Ukraynanın birinci xanımı Yelena Zelenska ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
Blinken ölkəsinin Ukraynanın bərpasına dəstək verəcəyini bildirib.
"Bu, dövlət katibi üçün ABŞ-ın Ukrayna xalqına hərtərəfli və ardıcıl dəstəyini vurğulamaq üçün bir fürsət idi",- deyə Prays bildirib.
Prays bildirib ki, görüşdə Entoni Blinken birinci xanımın təşəbbüsü ilə həyata keçirilən bir sıra proqramlar üzərində işiləri alqışlayıb.
“Onun ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən də dəstəklənən vətəndaşlara psixoloji məsələlərlə bağlı gözəl təşəbbüsü var. O, həmçinin ABŞ-ın Ukraynanın yenidən qurulmasına kömək edəcəyinə əmin olduğunu bildirib",- deyə prays bildirib.
Çərşənbə günü onun ABŞ Konqresində çıxış edəcəyi gözlənilir.
Digər xəbərlər