Saytımızı qiymətləndirin


 
 

Şirvanda arvadını öldürüb, polisə silahlı müqavimət göstərən şəxs saxlanılıb
Tarix: 18-02-2022 | Saat: 21:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dominant.Az - Baş Prokurorluq yalan məlumat yayanlara xəbərdarlıq edib

Fevralın 18-də, saat 18 radələrində 1979-cu il təvəllüdlü Şirvan şəhər sakini Abıyev Elnur Mətləb oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə arvadı 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızına qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçmış, sonuncuya tibb işçiləri tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq almış olduğu xəsarətdən xəstəxanada ölmüşdür.

Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı E.Abıyev polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açmış, həmin vaxt polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açılaraq hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılmışdır.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Xəbəri paylaş

1203 dəfə oxunub.

Digər xəbərlər