Saytımızı qiymətləndirin


 
 

İstanbulda Türk Şurası təhsil nazirlərinin iclası keçiriləcək
Tarix: 02-11-2021 | Saat: 12:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

İstanbulda Türk Şurası təhsil nazirlərinin iclası keçiriləcək

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin təhsil nazirlərinin iclası keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türk Şurasının mətbuat xidməti məlumat yayıb.

İclasa Türk Şurasının Baş katibi Bağdad Amreyev sədrlik edəcək.

İclasda Türk Şurası Türk Universitetlər Birliyi (TÜRKÜNİB) çərçivəsində fəaliyyət, orta/ali məktəblər arasında Üçüncü Tələbə Mübadilə Proqramları, Türk Şurasına üzv dövlətlərin təhsil mütəxəssisləri üçün təhsil mübadilə proqramı (potensialın artırılması üzrə təlim), üzv dövlətlərin orta/ali məktəbləri arasında qardaş məktəb əlaqələri və Türk Akademiyası ilə bağlı məsələlər müzakirə olunacaq.

İclasın sonunda Türk Şurasının Türk Universitetləri Birliyinin Orxun Mübadilə Proqramı və “Türk Universitetləri Birliyinin və Ali Təhsil Məkanının yaradılması haqqında Direktiv”in 10-cu maddəsinə dəyişikliklə bağlı Əsasnamənin imzalanma mərasimi olacaq.(Apa)



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər