Saytımızı qiymətləndirin


 
 

Narışkin: Rusiya dövlət təhlükəsizlik orqanlarında islahatlarda Ermənistana kömək etməyə hazırdır
Tarix: 18-07-2022 | Saat: 21:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin

Rusiya Ermənistanın təhlükəsizlik orqanlarında islahatların aparılması məsələsində yardım etməyə hazırdır.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin jurnalistlərə bildirib.

“Dövlət təhlükəsizlik xidmətində islahatların aparılması, ayrıca xarici kəşfiyyat xidmətinin yaradılması məsələsi Ermənistanın siyasi rəhbərliyinin səlahiyyətindədir. Tərəfdaşlarımızla hansı formatda işləyiriksə, istənilən metodiki yardım və dəstəyi göstərəcəyik. Bu günə qədər bunu etdiyimiz kimi etibarlı və ardıcıl şəkildə qarşılıqlı əlaqəni davam etdiririk, çünki bizim həll etməli olduğumuz çoxlu ümumi vəzifələr var”, - Narışkin bildirib.

Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında iqtisadi, mədəni, siyasi, hərbi-siyasi sahədə əməkdaşlıq Cənubi Qafqaz regionunda təhlükəsizlik baxımdan vacibdir.

“Xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti mühüm və ayrılmaz elementdir. Bu gün Milli Təhlükəsizlik Xidmətindən olan həmkarlarımızla görüşlərdə biz qarşılıqlı fəaliyyət baxımından qarşımızda duran bütün vəzifələri ətraflı müzakirə etdik. Biz inanırıq ki, bizim kifayət qədər yaxşı, etibarlı perspektivlərimiz var”, - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru yekunlaşdırıb.



Xəbəri paylaş

1191 dəfə oxunub.

Digər xəbərlər