Tarix: 17-12-2021 | Saat: 08:47
Bölmə:Karusel / Dünya | çapa göndər
"Omikron" pandemiya başlayandan bugünədək qeydə alınmış yeni koronavirus ştamları arasında ən yoluxucudur.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın baş infeksionisti Entoni Fauçi bildirib.
"Omikron" bu günə qədər mübarizə apardığımız ən asan ötürülən ştam hesab edilir. Bu ştamla yoluxmaların sayı hər üç gündən bir orta hesabla iki dəfə artır", - Fauçi qeyd edib.
Amerikalı tibb mütəxəssisi vurğulayıb ki, tezliklə ABŞ-da "omikron" dominant olacaq, lakin hazırda ölkədə hələ də “delta” variantı üstünlük təşkil edir.
Fauçinin sözlərinə görə, "delta" variantına yoluxma hallarının sayı yay başlayandan azalsa da, son bir neçə həftə ərzində yenidən artıb.
"Biz gündə təxminən 60-70 min yoluxma ilə üzləşirik. İndi bu rəqəm 115 minə yüksəlib, xəstəxanaya yerləşdirilənlərin sayı artıb, gündə mindən çox ölüm qeydə alınır", - baş infeksionist əlavə edib.(Report)
Digər xəbərlər