Saytımızı qiymətləndirin


 
 

Zakari Qross: "Fransa Azərbayacan minatəmizləmə prosesində dəstək verir"
Tarix: 14-07-2022 | Saat: 20:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zakari Qross: "Fransa Azərbayacan minatəmizləmə prosesində dəstək verir"

Azərbaycan və Fransa arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edib, hökumətlərarası münasibətlər yüksək səviyyədədir.

Qarabaginfo.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross Fransanın Milli Günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.

“Prezidentlərimiz arasında intensiv dialoq var. Ölklərimiz arasındakı münasibət etimada əsaslanır. Mən əlaqələrimizin gələcəyi barədə optimistəm. Onun çiçəklənən və stabil gələcəyi var", - deyə fransalı diplomat vurğulayıb.

Zakari Qross ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalardan təmizlənmə prosesinə dəstək verdiyini, ANAMA ilə əməkdaşlığın olduğunu qeyd edib. Bildirib ki, minaxtaran qurğuların və lazımi ləvazimatların təmin olunması istiqamətində ANAMA-ya dəstək verilir.

Səfir əlavə edib ki, məcburi köçkünlərin bu ərazilərə təhlükəsiz qayıtması üçün minalardan təmizlənmə vacibdir:

“Çox təssüf ki, mina partlayışlarının qurbanları hələ də olur”, -deyə o əlavə edib.

Səfir Azərbaycana minatəmizləmə əməliyyatlarında dəstəyi davam etdirməyə hazır olduqlarını bildirib.



Xəbəri paylaş

1205 dəfə oxunub.

Digər xəbərlər