Kreml səfərbərlik elan etmədən minlərlə rusiyalını güllə qabağına göndərir...
Tarix: 14-07-2022 | Saat: 13:03
Bölmə:Karusel / Region | çapa göndər
1341 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-07-2022 | Saat: 13:03
Bölmə:Karusel / Region | çapa göndər

"Müqavilə üzrə seçim məntəqəsi, Bryansk şəhəri. Çavuş Kaluqin eşidir!.."
"Ukraynada müqavilə üzrə 6 aylıq xidmətə görə həvəsləndirmək məqsədilə kişilərə 3750-6000 ABŞ dolları əmək haqqı, ayrı-ayrı regionlarda bonus olaraq dərhal 3400 dollar köçürmək təklif edilir..."
"Xidmətə 50 yaşadək kişilər, ayrı-ayrı hərbi ixtisaslar üzrə 60 yaşadək insanlar cəlb edilir..."
"Rusiyanın işədüzəltmə portallarında kütləvi iş elanları yerləşdirilib, ən geniş yayılan elan hərbi qulluqçu axtarışıdır..."
Rusiya Federasiyasında səfərbərlik hələlik elan edilməyəcək, lakin Rusiya hakimiyyəti Federasiya subyektlərinə hər bir regionda müharibədə iştirak etmək üçün könüllü taborlar yaratmağı əmr edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Müharibəni Öyrənən İnstitut (İnstitute fot the Study of War, ISW) məlumat verib.
Kreml potensial yeni cəlb edilənləri hər vasitə ilə Rusiya-Ukrayna müharibəsində iştirak etməyə stimullaşdırmaq qərarına gəlib.
Həvəsləndirmə tədbiri kimi 6 aylıq müqaviləyə görə həvəsləndirmək məqsədilə kişilərə 3750-6000 ABŞ dolları əmək haqqı təklif edilir. Ayrı-ayrı regionlarda bonus olaraq dərhal 3400 dollar köçürmə təklif edilir.
Xidmətə 50 yaşınadək kişiləri, ayrı-ayrı hərbi ixtisaslar üzrə 60 yaşınadək olan insanları cəlb etmək planlaşdırılır. Ukraynaya göndərilməzdən öncə yeni cəlb edilənlər bir aylıq hərbi hazırlıq keçəcək.
Hələ iyunun sonunda və iyulun əvvəlində Kurskda, Başqırdıstanda, Çuvaşiyada, Çeçenistanda, Tatarıstan Respublikasında, Perm, Nijeqorodsk və Orenburq vilayətlərində könüllü taborların yaradılması və ya yerləşdirilməsi təsdiq edilib. Həmçinin Tümen vilayətində də bölmələr formalaşdırılır. Moskvada "Sobyanin alayı" adı altında xüsusi hərbi bölmə formalaşdırılıb, Rusiya paytaxtının şəhər büdcəsindən maliyyələşdirilir.
Estoniyanın "Delfi" nəşrinin jurnalistləri müəyyən edib ki, mart ayından başlayaraq Rusiya müdafiə nazirliyi Rusiyanın işədüzəltmə üzrə portallarında kütləvi iş elanları yerləşdirir. Ən geniş yayılan elan müqavilə üzrə hərbi qulluqçu axtarılması elanıdır, lakin təkliflər tibb işçisindən tutmiş snayperədək dəyişir. Belə vakansiyalar sosial şəbəkələrdə yüzlərlədir.
Jurnalistlər onların bəzilərinə zəng edib. Onlara müqavilə üzrə seçim məntəqələrinin nümayəndələri cavab verərək, çağırış məntəqələrinin yerləşdiyi ünvanlar üzrə
söhbət üçün dəvət edib.
"Müqavilə üzrə seçim məntəqəsi, Bryansk şəhəri. Çavuş Kaluqin eşidir", - nəşr belə bir cavabı dərc edib.
Belə seçim məntəqələrinə, sadəcə, söhbətə dəvət edilmir, birbaşa deyilir ki, cəmisi 3-4 günlük təlimdən sonra cəbhəyə yollanmağa inkan veriləcək.
Bundan öncə məlumat verildiyi kimi, Rusiya ordusuna hətta məhbusları da cəlb edib, cəhbədə 6 ay xidmət üçün onlara amnistiya və 200 min rubl, həlak olacaqları təqdirdə qohumlarına maddi kompensasiya ödənilməsi vəd edilir.
Xəbəri paylaş
Digər xəbərlər
3-05-2021, 16:26
Ermənistan Baş Prokurorluğu ölkə prezidentinin ikili vətəndaşlığı ilə bağlı iş başladıb
31-05-2021, 23:37
Ceyhun Bayramovla Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi arasında telefon danışığı olub
14-03-2025, 17:32
“Ola bilər ki, kabinetlərdə oturaraq bəzi şeyləri görmürük”
22-04-2026, 14:21
Rusiya TŞ: Ermənistan dəmir yollarının konsessiyası ciddi maliyyə öhdəlikləri yaradacaq
30-03-2023, 15:42
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib
14-08-2022, 16:08
Yeni superavtomobil təqdim ediləcək
13-04-2022, 10:47
Paşinyan müharibədə ölən ermənilərin sayını AÇIQLADI
6-02-2025, 16:13
Elm və təhsil naziri: Özəl bağçalar heç vaxt hansısa dövlət qurumunun tabeliyinə keçə bilməz
6-03-2023, 10:47
Bu gün Tbilisidə Azərbaycan-Türkiyə-Gürcüstan parlament komitələrinin görüşü olacaq
21-08-2020, 14:40
Kreml: Rusiya Belarusdakı vəziyyəti nizama salmağa hazırdır


















