Cəzasız qalan terror dünyanın başqa ölkələrində də təkrarlanacaq..."
Tarix: 14-07-2022 | Saat: 09:11
Bölmə:Karusel / Region | çapa göndər
1301 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-07-2022 | Saat: 09:11
Bölmə:Karusel / Region | çapa göndər

"Bu, xalis terrordur..."
"Rusiyanın taktikası insanlarımızı şəhərlərimizdən qovmağa, hər bir ukraynalının terrorçu dövlət qarşısında qorxu hissi keçirməsinə yönəlib..."
"Bu, peyvəndlə bağlı olduğu kimidir: başqa xalqlara yardım etməsən, virusun yeni ştammı peyda olacaq və özünün müdafiən səmərəsiz qalacaq..."
Bu günə kimi Rusiya Federasiyası Ukrayna şəhərlərinə 2960 raket zərbəsi endirib. Raketlərin başlıca hədəfi mülki obyektlər olub. Bu, xalis terrordur.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Seulda keçirilən "Asiya liderliyi" konfransı iştirakçıları qarşısında videoformatda çıxış edərkən məlumat verib. Məlumatı prezident Ofisinin mətbuat xidməti yayıb.
Zelenski qeyd edib ki, "heç şühbəsiz, bu, taktikadır".
"Rusiyanın taktikası insanlarımızı şəhərlərimizdən qovmağa, hər bir ukraynalının terrorçu dövlət qarşında qorxu hissi keçirməsinə yönəlib", - Zelenski belə deyib.
O, vurğulayıb ki, Rusiya ordusu artlilleriya ilə Ukrayna şəhərlərini "girov götürür", öz hücumunu elə təşkil edir ki, onun topları adi yaşayış rayonlarına zərbələr endirə bilsin.
Zelenski xəbərdarlıq edib ki, əgər bu terror cəzasız qalacaqsa, eyni şeylər dünyanın başqa hissələrində, başqa ölkələrində təkrarlanacaq, Ukrayna isə ilk hədəf olub.
"Ukrayna öz tərəfdaşlarına özünü müdafiə üçün silahla bağlı və terrorçu dövlətə qarşı sanksiyalarla əlaqədar müraciət edəndə, bu, təkcə bizim müdafiəmiz üçün deyil. Bu, elə peyvəndlərlə olduğu kimidir: başqa xalqlara yardım etmirsənsə, virusun yeni ştammı meydana çıxa bilər və özünün müdafiən səmərəsiz qala bilər", - Ukrayna prezidenti qeyd edib.
Zelenski Koreyaya dəstək üçün minnətdarlıq edərək bəyan edib ki, birgə səylərin nəticə verəcəyinə inanır və hərbi yardım üçün xahiş edib.
Xəbəri paylaş
Digər xəbərlər
22-10-2024, 12:47
Azərbaycan səfiri etimadnaməsini Banqladeş Prezidentinə təqdim edib
3-05-2022, 07:38
Boris Conson Ukrayna parlamentinə müraciət edəcək
18-10-2022, 15:53
Mirzoyan da Çavuşoğlu ilə görüşə hazırdır
31-12-2021, 00:46
Xankəndidə vəziyyət GƏRGİNLƏŞDİ: Paşinyanın qərarından sonra Qarabağ erməniləri… VİDEO
31-10-2019, 17:43
Autizm sindromlu uşaqlardan Birinci vitse-prezidentə HƏDİYYƏ
22-09-2020, 10:35
Bakıda şirkət çirkab suların ətraf əraziyə axıdılmasına görə cərimələndi
21-11-2021, 10:15
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib - VİDEO
19-03-2022, 12:15
Şəmkirdə 17 yaşlı qız özünü asdı


















