Saytımızı qiymətləndirin


 
 

Qurban Qurbanov: "Erkən qol buraxsaq da, sınmadıq"
Tarix: 12-07-2022 | Saat: 22:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qurban Qurbanov: "İlk matçda "Lex"in gücünü hiss etdik"

"Hamını qələbə münasibətilə təbrik edirəm. Çox möhtəşəm qələbə oldu. Bu cür qalibiyyətlə nadir hallarda olur. Sadəcə, hər şey istədiyimiz kimi alındı. Futbolçular çox istəkli idilər. İlk saniyələrdə qol buraxsaq, sınmadıq. Oyun intizamını saxladıq. Çox yaxşı komandaya qalib gəldik. Fərqli, sürətli oyunçuları var. Yaxşı əks hücuma çıxırdılar. Bu, bir başlanğıcdır. İlk oyundan sonra hamı Polşa azarkeşlərindən danışırdı. Bu gün gördük ki, bizim fanatlarımız onlardan üstündür. Dünən dedim ki, 10 milyon bizim arxamızdadır. Bu gün də bunun şahidi olduq".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis ötən gecə yuxuda Aqil Abbası gördüyünü bildirib: "Görürəm ki, dağın başında qarın içindıdi. Deyir ki, şəhər istidir, bax gör, təpələr necə qarlıdır. Buradan ona salamlarımı çatdırıram".

Qurbanovun sözlərinə görə, qarşıda komandasını daha ciddi sınaqlar gözləyir: "Yerimizdə dayanmalı deyilik. Daha ciddi, məsuliyyətli olmalıyıq. Futbolçuların mübarizəsi alqışalayiqdir".

O, rəqib komandanın baş məşqçisi Con Van den Bromun hakim səhvləri ilə bağlı fikirlərinə də toxunub: "Hakimliklə bağlı danışılası əlavə nəsə yoxdur. Bizə qarşı da haqsızlıqlar olub. Bu cür fikir bildirməsi normaldır. Məğlub olanda belə şeylər baş verir. Onlara da uğurlar arzu edirəm". (report.az)

 



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər