Saytımızı qiymətləndirin


 
 

Böyük Dəbilqə: Hidayət Heydərov və Səid Mollayi finala yüksəlib
Tarix: 09-07-2022 | Saat: 17:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanın 2 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

Qarabaginfo.az-ın məlumatına görə, 73 kq-da çıxış edən Hidayət Heydərov ardıcıl olaraq, ABŞ təmsilçisi Cek Yonezuka, polşalı Viktor Mrovçinski, tacikistanlı Behruzi Xocazoda və kubalı Maqdiel Estradanı məğlub edərək həlledici görüşdə iştirak hüququ qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Laşa Şavdatuaşvili ilə üz-üzə gələcək.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Estrada olacaq.

81 kq-da isə Səid Mollayi adını finala yazdırıb. Yığmada debüt edən cənubi azərbaycanlı cüdoçu əvvəlcə yunanıstanlı Atanasios Melonelisi mübarizədən kənarlaşdırıb. 1/8 finalda israilli Sagi Mukidən, növbəti raundda isə qırğızıstanlı Azad Musabirovdan güclü olan Mollayi finala gedən yolda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzario Tatalaşviliyə qalib gəlib.

Eyni çəki dərəcəsində yarışan Zelim Tçkayev isə 1/8 finalda türkiyəli Vedat Albayraka uduzaraq, turniri medalsız başa vurub.



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər