"Laçın oğruları "həyat yolu"nu döyüşsüz düşmənə vermək istəyir..." - Edqar Qazaryan
Tarix: 09-07-2022 | Saat: 12:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1350 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-07-2022 | Saat: 12:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Həyat yolunu dağıtmaqla Paşinyan Ermənistanın Qarabağla əlaqəsini kəsir”.
Qarabaginfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, “Vətən oğruları” – Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan Fransa meydanında keçirilən mitinqdə çıxışında hazırkı hakimiyyət və onun lideri Nikol Paşinyanı belə təsvir edib. .
Edqar Qazaryan Laçın ətrafında baş verən son hadisələrə, Laçın dəhlizi və Nikol Paşinyanın açıqlamalarına toxunaraq bildirib:
“Mən onları Vətən oğruları adlandırmışam və deyəcəyəm. Laçın oğrusu indi vətənimizin Laçın yolu adlanan o hissəsini müqaviləsiz, heç bir qanuni əsas olmadan, silahsız, döyüşsüz düşmənə vermək istəyir”.
Edqar Qazaryan onu da qeyd edib ki, “Həyat yolunu” dağıtmaqla Paşinyan Ermənistanla Qarabağ arasında əlaqəni kəsir".
“Laçın dəhlizi elə bir ərazidir ki, oradan həm də yol keçir. Laçın dəhlizinə həmçinin Qarabağı Ermənistanla birləşdirən qaz kəməri, yüksək gərginlikli elektrik şəbəkələri, rabitə vasitələri daxildir. Bu, təkcə yol deyil”, - Edqar Qazaryan bildirib.
Onun sözlərinə görə, indi şifahi razılaşma ilə Qarabağı Ermənistandan ayırmaq üçün yeni xəyanət həyata keçirilir.(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
26-06-2021, 16:50
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
26-04-2023, 15:25
Hindistanın yeni səfiri Bakıya gəldi
7-10-2023, 13:47
İsraildəki səfirliyimizdən ÇAĞIRIŞ
17-02-2024, 14:12
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək
23-03-2022, 17:36
Yens Stoltenberq: "Ukraynanın NATO-ya üzvlüyü müzakirə olunmur"
25-10-2021, 11:19
İrəvan-Gümrü qatarı daşa basılıb
8-04-2026, 16:05
GECF: Azərbaycan Avropaya qaz təchizatının şaxələndirilməsində rolunu möhkəmləndirib
21-02-2025, 19:28
Ağ EV: Zelenski tezliklə ABŞ ilə mineral saziş imzalayacaq
20-11-2022, 12:34
Sabah hava küləkli olacaq


















