"Rusiyanın Ukraynada 90-a yaxın “Bayraktar” məhv etməsi barədə açıqlaması cəfəngiyyatdır"
Tarix: 07-07-2022 | Saat: 13:43
Bölmə:Karusel / Region | çapa göndər
1323 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-07-2022 | Saat: 13:43
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri tərəfindən Türkiyənin 90-a yaxın “Bayraktar” pilotsuz uçan aparatını məhv etməsi barədə açıqlaması cəfəngiyyatdır, cünki bu rəqəm Ukraynaya ümumilikdə verilən PUA-ların sayından belə çoxdur”.
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlaması zamanı hərbi ekspert Ədalət Verdiyev Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri tərəfindən Türkiyənin 90-a yaxın “Bayraktar” pilotsuz uçan aparatını məhv etməsi ilə bağlı məlumatı şərh edərkən bildirib.
Onun sözlərinə görə, hərbi sahə ilə maraqlanan hər bir mütəxəssis həm Suriyada, həm Liviyada, həm də Qarabağda Rusiya ordusunun Türkiyə silahlarına, o cümlədən “Bayraktar” TB2 PUA-larına qarşı nə qədər zəif imkanlara malik olduğunu müşahidə edib. Ermənistan tərəfindən istifadə edilən onlarla Rusiya istehsalı olan zenit komplekslərinin və 1 milyard dollarlıq rus tanklarının Qarabağda “Bayraktar” tərəfindən məhv edildiyi real faktdır. Əslində Rusiya hazırda özü də də türk silahlarını, xüsusilə də pilotsuz sistemləri əldə etməkdə maraqlıdır, lakin buna mane olan faktorlar mövcuddur. Məsələn bu satınalma haqlı olaraq Rusiyanın Türkiyə silahlarının asılığı və onların üstünlüyünün aşkar etirafı kimi dəyərləndiriləcək. Bu isə həm Rusiya rəhbərliyinin eqosuna, həm də silah bazarında nüfuzu zəifləməkdə davam edən Rusiyanın milli maraqlarına uyğun gəlməyəcək. Əgər Rusiyanın hava hücumundan müdafiə silahları Türkiyə PUA-larına qarşı effektiv olsaydı, o zaman 30-a yaxın ölkə Türkiyənin “Bayraktar” üçün növbədə gözləməzdi”.
Xəbəri paylaş
Digər xəbərlər
22-02-2025, 11:30
Elbrus Əruda ağır itki üz verdi
23-08-2024, 10:20
Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi keçirilib
5-08-2025, 22:09
Baş Qərargah rəisi Qəzzaya hücum planlarını Netanyahuya təqdim edib
14-02-2025, 15:38
Ərdoğan ABŞ və Rusiya liderlərinin mümkün görüşündən danışıb
28-04-2026, 16:50
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
3-04-2020, 11:32
Deputatların “WhatsApp” qrupu YARADILDI
17-10-2021, 16:13
İranda təqaüdçülər etiraz aksiyası keçirib - VİDEO
















