Saytımızı qiymətləndirin


 
 

Prezident Ofisi Ukrayna qoşunlarının Lisiçanskdan geri çəkilməsinin səbəbini açıqlayıb
Tarix: 06-07-2022 | Saat: 12:45
Bölmə:Karusel / Region | çapa göndər

 

21-ci əsrin cəhənnəmi. Qətlləri dayandırın!” - Mixaylo Podolyak dünyaya müraciət etdi | Hokm.Az

Ukrayna Prezident Ofisi ölkə qoşunlarının Lisiçansk rayonundan geri çəkilməsinin səbəbini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bu barədə “Bild” qəzetinə müsahibəsində danışıb.

“Bu, Donbası itirmək yox, onu düzgün şəkildə qaytarmaq məsələsidir. İndi Rusiya Silahlı Qüvvələri uzaqmənzilli artilleriya baxımından üstünlüyə malikdirlər. Müharibə artıq artilleriya dueli prinsipi ilə gedir. İtkilərin 90 faizinin səbəbi məhz artilleriya zərbələridir”, - o bildirib.

M.Podolyakın sözlərinə görə, Ukrayna qoşunlarının idarə olunması keyfiyyətcə daha yaxşıdır: “Məsələ Rusiyanın Donbası nə zaman alacaqlarından yox, buranı nəyin bahasına tərk edəcəklərindən gedir. Rusiya keyfiyyətlə yox, kəmiyyətlə mübarizə aparır. Biz isə əksinə. Biz itkiləri minimuma endirmişik”.

Qeyd edək ki, daha əvvəl ağır döyüşlərdən sonra Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətinin Lisiçanskdakı mövqelərindən geri çəkildiyi bildirilmişdi.



Xəbəri paylaş

1192 dəfə oxunub.

Digər xəbərlər