Saytımızı qiymətləndirin


 
 

QMİ sədri: “Azad edilmiş ərazilərdə ermənilərin ibadəti üçün imkan yaradılıb”
Tarix: 06-07-2022 | Saat: 12:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

06 iyul 2022 12:35 (UTC +04:00)
Şeyx Azərbaycan xalqını təbrik etdi

“Azərbaycan sülhsevər ölkədir və hər zaman Ermənistan da daxil olmaqla, regiondakı digər ölkələri sülhə səsləyib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Londonda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Koventri yepiskopu, Lordlar Palatasının üzvü Kristofer Koksvört ilə görüşdə deyib.

Allahşükür Paşazadə vurğulayıb ki, işğaldan azad edilən ərazilərdə ermənilərin ibadət edə bilməsi üçün imkan yaradılıb, lakin bu imkandan revanşizm çağırışları üçün istifadə etmək yolverilməzdir.

QMİ sədri qeyd edib ki, Ermənistan islam abidələrini ya tamamilə məhv edib, ya təhqir edib, ya da mənşəyini saxtalaşdırıb. Bakının mərkəzində isə erməni kilsəsi qorunub saxlanıb.

Şeyxülislam bildirib ki, Azərbaycanda etnik və dini müxtəliflik ölkənin milli sərvəti kimi dəyərləndirilir, Qarabağ torpaqlarında bütün dini məbədlər bərpa edilir, yenidən qurulur və dövlət tərəfindən qorunur.

Allahşükür Paşazadə Azərbaycanda multikulturalizmə verilən önəmdən, milli və dini tolerantlığın hər zaman dövlət tərəfindən dəstəklənməsindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülən işlərdən də danışıb.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər