
İlk müraciət etdiyim şəxs Kərim Kərimli oldu. Kərim müəllim bildirdi ki, müsabiqədə iştirak etməyib. Səbəb kimi qeydiyyatdan keçmiş QHT-nin olmamasını göstərsə də, onu da əlavə etdi ki, hətta təşkilatı olsaydı belə, “Memorial. Vətən müharibəsi şəhidləri” kitabının III cildi üzərində işlədiyinə və digər işlərə vaxt ayıra bilmədiyinə görə müsabiqədə iştirakı çətin ola bilərdi.
O, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qənbərovun rəhbərlik etdiyi könüllü müdafiə taborunda Şuşanın müdafiəsində iştirak edib, Birinci Qarabağ müharibəsinin veteranıdır. Son 29 ildə dünyanın onlarla ölkəsində Şuşa və Qarabağa həsr edilmiş çoxsaylı tədbirlərdə iştirak edib. Şuşa rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi, “Şuşa” qəzetinin baş redaktoru, “Şuşa” mətbəəsinin direktoru kimi rayon səviyyəsində yüksək vəzifələrdə işləyib. İndiyədək işıq üzü görmüş 14 kitabından sıəkkizi Şuşa haqqındadır. Şuşanın keçmişini, bu günkü problemlərini yaxşı bilir, əhalini yaxşı tanıyır və hər gün rəhbərlik etdiyi “Azad Şuşa” (www. azadshusha.com) saytında “Şuşa İli” ilə bağlı yazılar dərc edir. Məhz bu səbəblərdən müsabiqədə iştirak etməsi bu işin xeyrinə olardı.

Növbəti müraciət etdiyim şəxs Rey baba kimi tanıdığımız – Rey Kerimoglu oldu. Mən Reyin yazılarını və fəaliyyətini “Musavat” qəzetində işlədiyi dövrdən izləyirəm. Rey Qarabağ qazisi olmaqla bərabər bütün qazilərin problemlərini işıqlandıran, gündəmdə saxlayan və həllinə çalışan azsaylı şəxslərdəndir. Mən onu qazilərin problemlərinin carçısı kim tanıyıram. Rey bildirdi ki, təmsil olunduğu " Qarabağ qaziləri" və "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" təşkilatlar bu müsabiqədə iştirak etməyi məqsədəuyğun hesab etməyib. Onun fikrincə, hər bir QHT öz istiqaməti üzrə müsabiqəyə qatılmalıdır. Elə bu səbəbdən təmsil olunduğu təşkilatlar Qarabağ qazilərinin problemlərinin həlli və mina təmizləməsi sahəsində ixtisaslaşdığına görə bu sahələr üzrə keçirilən müsabiqələrə qatılmağı doğru hesab edir. Rey Kərimoğlu “Şuşa İli” ilə bağlı keçirilən qrant müsabitəsinin müsabiqəsinin nəticələrini normal qarşıladığın da bildirdi.
Yaxın günlərdə bu məsləilə bağlı fikirlərini yazacağını və yeni təkliflə çıxış edəcəyini söylədi.

Növbəti zəngim “Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İB-nin sədri Asəf Quliyev oldu. Asəf Quliyevin bildirdiyinə görə müsabiqədə iştirak etməkdə başlıca məqsədləri Şuşa şəhərində yerləşən abidələrin, tarixi binaların və küçələrin adlarının bəzi jurnalistlər tərəfindən cəmiyyətə səhv təqdim olunmasının qarşısını almaq olub. Təmsil olunduğu İctimai Birliyin “Şuşa İli” qrant müsabiqəsində qaliblər siyahisina düşməməsini normal hal olduğunu bildirib, qaliblərə uğurlar arzuladı.

İndi isə “Şuşa ili” bağlı keçirlilən qrant müsabiqəsinin qalibi olduqlarına görə müzakirələrə səbəb olan iki şəxs haqqında: Müsabiqənin nəticələri elan olunduğu andan Milli Məclisin deputatı Ziyad Səmədzadənin adının qaliblər sırasında olması müzakirələrə səbəb olub. Mən də bununla bağlı öz FB səhifəmdə status yazdım. Məni və başqalarını narahat edən məqam yuxarıda oturanların bütün sahələrdən, onlara aid olub – olmamasından asılı olaraq yararlanmağa çalışmalarıdı. Qanun qəbul edənlərin qanunları heçə saymasına alışsaq da, arada etiraz etmək bizim də haqqımızdı. Sadə bir insan olaraq sual edirəm, 82 yaşlı Ziyad Səmədzadə mənim kimi sıradan bir insan olsaydı, bu yaşda müsabiqə qalibi ola bilərdi? Axı bu 82 yaşlı şəxs qəbul etdiyi qanunla insanları 65 yaşından sonra penisyaya göndərir… Deyək ki, bu şəxsə savadına, dövlət qarşısındakı xidmətlərinə görə yol veriblər. Bəs adamın özünə nə gəlib? Bu insan Milli Məclisdə İqtisadi-siyasət daimi komissiyasının sədridi, əlavə olaraq, xeyli sayda ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupların üzvüdü, bundan başqa “İqtisadiyyat” qəzetinin təsisçisidi, bunlar hələ üzdə olanlardı. Şəxsi obyektləri və s. sadalasaq adamın yatmağa vaxtı qalmaz. Bu vəziyyətdə olan bir şəxsin 4 ay ərzində “Şuşa rayonunun demoqrafik, sosial- iqtisadi vəziyyəti və perespektibləri” sahəsində hansısa faydalı iş görəcəyinə onu qalib edənlər inanır?!

İkinci qalib “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiyası” İB sədri Səkinə Babayevadı. Bu xanım ilk dəfə “Bakı tekstil fabriki” MMC yaradaraq, “Bakı Tikiş Evi” ilə rəqabətə başlayaraq, gündəmə gəlmişdi. O zaman da rəqabətdən qalib çıxıb, bazara girə bildi. Ancaq istehsal etdiyi malların keyfiyyətini bazara uyğunlaşdıra bilmədi. Kişi corabları və kişi alt geyimləri üzərində yazılandan (42-44) bir neçə dəfə böyük ölçüdə oldu (52-54). 54 ölçüdə ayaq və s. olar?







" style="width: 670px; height: 340px;">









