Polad Bülbüloğlu Rusiyadan Babayanla bağlı İZAHAT İSTƏDİ
Tarix: 29-06-2022 | Saat: 15:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
308 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-06-2022 | Saat: 15:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın 21-27 iyun tarixlərində Rusiyaya “işgüzar səfər” etməsi və burada bir sıra görüşlər keçirməsinə dair erməni KİV-də yayılmış xəbərlərlə bağlı səfir Polad Bülbüloğlu tərəfindən Rusiya Federasiyasının səlahiyyətli orqanlarına sorğu ilə müraciət olunub”.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfirliyi bəyan edib.
Səfirilyin yaydığı məlumatda bildirilib:
“Rusiya tərəfindən daxil olmuş rəsmi məlumata əsasən bildiririk ki, yuxarıda adı çəkilən şəxsin göstərilən tarixlərdə Rusiya ərazisində olması şəxsi məqsədlərlə əlaqədar olub, bu səbəbdən də tirajlanan “işgüzar səfər” xəbərləri həqiqəti əks etdirmir. Burada keçirdiyi bütün görüşlər şəxsi xarakter daşıyıb və Rusiyanın heç bir rəsmi şəxsi onunla görüşməyib.
Səfirlik bir daha vurğulayır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər Rusiya ərazisinə Ermənistan Respublikasının pasportu ilə daxil olurlar, belə “səfərlər” barədə yayılan xəbərlər təxribat xarakteri daşıyır, məqsədi ictimaiyyəti çaşdırmaq və Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır”.

Xəbəri paylaş
Digər xəbərlər
28-11-2024, 08:27
Maduro ABŞ-nin sanksiyalar tətbiq etdiyi venesuelalılara ordenlər verib
28-05-2026, 09:55
İran ABŞ-dan bütün aktivlərinin azad edilməsini istəyir
13-05-2022, 19:29
Ramin Hacılının məhkəməsi başlayır
15-06-2022, 19:20
Albaniya və Monteneqronun baş nazirləri də Kiyevə səfər etdi
11-06-2024, 21:33
Ən yüksək balı onlar topladı
14-06-2021, 15:21
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərə gediblər
31-12-2020, 13:07
Ərdoğan: ”Atəşkəsi pozan Ermənistan qüvvələrinə tezliklə yanlış yoldan dönmələrini tövsiyə edirəm”

















