Tarix: 28-06-2022 | Saat: 14:48
Bölmə:Karusel / Region | çapa göndər
Ukrayna tərəfi bu gün bitmədən müharibəni dayandıra bilər. Bunun üçün Ukrayna hakimiyyəti silahı yerə qoymalı və Rusiyanın irəli sürdüyü şərtlərə əməl etməlidir.
RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bizə Ukrayna rəhbərliyi tərəfindən millətçi birləşmələrin və Ukrayna hərbçilərinin silahı yerə qoyması əmri lazımdır. Və Rusiya Federasiyasının şərtləri yerinə yetirilməlidir”, - Peskov bildirib.
O əlavə edib ki, Kreml Ukraynada qondarma “xüsusi əməliyyat”ın şərtlərini müəyyən etmir.
Qeyd edək ki, Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin G7 liderlərinə Rusiyanın qış başlamazdan əvvəl Ukraynaya qarşı genişmiqyaslı müharibəni dayandırmasını istədiyini söyləyən bəyanatını belə şərh edib.
Əlavə edək ki, Ukrayna kəşfiyyatının proqnozlaşdırdığı kimi, avqust ayından başlayaraq Rusiyaya qarşı müharibədə dönüş nöqtəsini nümayiş etdirəcək müəyyən hadisələr baş verəcək. Eyni zamanda, ilin sonuna kimi aktiv hərbi əməliyyatlar demək olar ki, sıfıra enəcək.(visiontv.az)
Digər xəbərlər