Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır…-Şəhər "meri"
Tarix: 24-06-2022 | Saat: 20:38
Bölmə:Karusel / Region | çapa göndər
1327 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-06-2022 | Saat: 20:38
Bölmə:Karusel / Region | çapa göndər

Laçın şəhərindəki qaz boruları Rusiya “sülhməramlı” kontingentinin gözü qarşısında Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “Artsaxqaz” şirkəti tərəfindən sökülür.
Qarabaginfo.az xəbər verir ki, bu, Ermənistan mediasına Azərbaycan şəhərinin qanunsuz "mer"i Narek Aleksanyanın açıqlamasından bəlli olub.
"2020-ci il noyabrın 9-dan Berdzorda(Laçın-S.L.) qazımız yoxdur. Hazırda "Artsaxqaz" Berdzorda qaz borularını sökür. Bizdə olan məlumata görə, bu borular qazlaşdırma işləri üçün Xin Şen(Kiçik Qaladərəsi-S.L) və Mets Şen(Böyük Qaladərəsi-S.L.) kəndlərinə aparılacaq", - üzdəniraq "mer" belə deyib.
Yeni yolun istismarından sonra onları nə gözlədiyinin məlum olub-olmaması ilə bağlı suala Narek Aleksanyan belə cavab verib:
“Düşünmürəm ki, bizi pis bir şey gözləyir. Yeni yolun istifadəyə veriləcəyi və Qarabağı Ermənistanla birləşdirən yola çevriləcəyi ortaya çıxsa belə, əhalinin taleyinin necə olacağını, nə edəcəklərini, hara köçəcəklərini başa düşməliyik. Hər halda bundan söhbət gedə bilməz, insanlar öz gündəlik həyatlarını dinc şəkildə yaşamağa davam edirlər”.
Zəruri şərh:
Əvvəla, Laçın şəhərinə qaz xətləri hələ sovet dövründən çəkilib. Ermənilər işğaldan sonra, sadəcə, qaz verilişini Şuşa istiqamətindən yox, Ermənistan tərəfdən yönləndiriblər. İkincisi də, hətta Laçında ermənilər işğal dövründə yeni xəttlər çəksələr də, Rusiya hərbçiləri onları da sökmələrinə icazə verməməlidir…
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
11-11-2023, 12:23
Nazir: Hazırda rəhbər yeri boş olan qurumlara yaxın zamanda təyinatlar nəzərdə tutulub
3-11-2022, 10:50
Ağdam və Füzulidə meşə parklarının layihələndirilməsinə başlanılıb
19-03-2020, 16:00
Şeyx koronavirusla bağlı dindarlara çağırış etdi
14-10-2024, 14:04
Rusiya müdafiə naziri Çinə rəsmi səfər edib
9-06-2026, 13:25
Ərdoğan erməni din adamı ilə nələrdən danışdı...
23-12-2025, 09:56
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbələr endirib
13-04-2026, 16:53
Fransa və Britaniya Hörmüzlə bağlı konfrans çağırır
30-10-2025, 16:39
Paşinyan Fransada Makronla görüşüb
27-03-2021, 09:09
Braziliyada koronavirusdan sutkalıq ölüm sayında antirekord qeydə alınıb














