Saytımızı qiymətləndirin


 
 

Türkiyədə meşə yanğınları - Hazırda vəziyyət necədir?
Tarix: 24-06-2022 | Saat: 10:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda meşə yanğınları üç gündür davam edir.

 

Qarabaginfo.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yanğın küləyin təsirindən güclənib, alovun qarşısını hələ də almaq mümkün olmayıb. Hazırda alov Marmaris yoluna doğru irəliləyir.

 

Yanğın səbəbindən Marmarisin səmasını qara tüstü dumanı alıb. Sinoptiklərin proqnozuna əsasən, küləyin sürəti bu gün günortadan sonra ən yüksək həddə çatacaq. 

 

Yanğın səbəbindən Datça-Marmaris avtomobil yolu bağlanıb, ərazi nəzarətə götürülüb.

 

Qeyd edək ki, Marmarisdə yanğınla mübarizə tədbirləri davam etdirilir. Qardaş ölkəyə kömək məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yanğın bölgəsinə göndərilib.

 

Xatırladaq ki, ötən gün keçirilən əməliyyat nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilindən şəxs müəyyən edilərək saxlanılıb.

 



Xəbəri paylaş

212 dəfə oxunub.

Digər xəbərlər