Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN Azərbaycanın rus dilinə diqqətli münasibətini yüksək qiymətləndirir
Tarix: 23-06-2022 | Saat: 19:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya XİN: “Qərb Ukrayna ilə danışıqlar aparmağımıza imkan vermir”

Rusiya Bakının rus dilinə və mədəniyyətinə diqqətli münasibətini yüksək qiymətləndirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun Azərbaycana işgüzar səfəri öncəsi yaydığı məlumatda bildirilib.

“Ənənəvi olaraq Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq fəal şəkildə inkişaf etdirilir. Rusiya Bakının rus dilinə və mədəniyyətinə diqqətli münasibətini yüksək qiymətləndirir. Biz azərbaycanlı dostlarımıza bu işdə, o cümlədən respublikada rus dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrların hazırlanması, azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsili üçün kvotaların artırılması məsələlərində lazımi köməklik göstərməyə hazırıq”, - qeyd olunub.

Bildirilib ki, hazırda Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onlardan 1000-dən çoxu federal büdcə hesabında təhsil alır.

“Müvafiq müqavilə-hüquqi baza sayəsində Rusiya diplomları Azərbaycanda, Azərbaycan diplomları isə Rusiyada tanınır. Ölkədə 341 rusdilli məktəb, Azərbaycanın ali təhsil müəssisələrində rusdilli fakültələr fəaliyyət göstərir", Rusiya XİN-in məlumatında qeyd olunub.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər