Saytımızı qiymətləndirin


 
 

Laçın Azərbaycana qaytarılır: Ermənilər təxribata hazırlaşır?
Tarix: 23-06-2022 | Saat: 12:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Laçın Azərbaycana qaytarılır: Ermənilər təxribata hazırlaşır?

 


“Onlar regiona iş görmək üçün yox, problem yaratmaq üçün gəliblər”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Yenisabah.az-a ehtiyatda olan polkovnik Üzeyir Cəfərli bildirib. 

O, son günlər erməni mətbuatında tirajlanan Laçın şəhərinin gələn ay Azərbaycana təhvil verilməsi məsələsinə rəy bildirib.

Belə ki, bölgədə yaşayan və separatçıların təsiri altında qalan ermənilərin köçünə sülhməramlıların da mane olduğu bildirilir. Onlar hər vəchlə Zabux kəndi və Laçında yaşayan erməniləri ərazidə saxlayaraq, Azərbaycana təhvil verilməsini gecikdirməyə çalışırlar. Bu məqsədlə sülhməramlıların yaxın perspektivdə hər hansı təxribat törədəcəyi də istisna edilmir.

Üzeyir Cəfərli də eyni rəyi bölüşür:

“Onlar regiona iş görmək üçün yox, problem yaratmaq üçün gəliblər. Əslinə qalsa, ilk gündən demişdim ki, sülhməramlılar adam balası kimi gəlib öz üzərlərinə düşən vəzifələri yerinə yetirəcəklər, lakin tam əksini gördük. Çox təəssüflər ki, onlar özbaşınalığı davam etdirirlər. 

Rusiya XİN rəhbəri Lavrovun bugünkü səfəri də daha çox həmin məsələ ilə bağlıdır. Çünki ruslar istəyirlər ki, bölgədə ermənilər qalsın, Rusiya sülhməramlıları uzun müddətə ərazidə mövcud olsun və indiki dəhliz vasitəsilə separatçıları yengə kimi aparıb-gətirsinlər”.

Ü. Cəfərli iddia edir ki, gələn ay yeni yol istifadəyə veriləndən sonra bölgədə Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi (DGX) əməkdaşları olacaq:

“Azərbaycan ərazilərinə girişə DSX və DGK nəzarət edəcək, sülhməramlılar gələn-gedənləri müşayiət edəcəklər. Lakin bunu Rusiya istəmir. Çünki bundan sonra Araik Arutyunyanın yanına kimi göndərəcəklər, yaxud o necə Moskvaya gedəcək?! 

Son məlumatlara görə, separatçıların başçısı Nikol Paşinyanla görüşəndən sonra Moskvaya gedib və s. İndi nə planlaşdırdıqlarını demək də çətindir. Lakin Rusiya bölgədə sülhün və əmin-amanlığın bərqərar olunmasında maraqlı deyil. Yoxsa ermənilər, separatçılar kimdir ki, Azərbaycan qarşısında duruş gətirsinlər! Sadəcə bu minvalla məsələnin həllini uzadırlar”.

R. Muradovun sərsəm çıxışına münasibət bildirən hərbi ekspert Azərbaycan XİN-in bu məsələyə laqeyd yanaşmasından gileylənib:

“Üstündən 1 sutkadan artıq vaxt keçsə də, Azərbaycan XİN Rusiya sülhməramlıların ilk komandanı Rüstəm Muradovun başından böyük qələtinə münasibət bildirməyib. Dünən o, Dağıstanda müsahibə verib və deyib ki, Rusiya sülhməramlıları Qarabağda uzun müddətə qalacaq və bu, 5 illə kifayətlənməyəcək. Deməli, o, Putinin sözünü deyir və Azərbaycana eşitdirir. 

Ukraynada rusların beli qırılandan sonra məcburiyyət qarşısında qalıb bölgədəki tör-töküntülərini yığışdırıb özləriylə aparacaqlar. Çünki onlar Azərbaycan xalqına, ancaq əsəbdən başqa heç nə verməyiblər”.



Xəbəri paylaş

281 dəfə oxunub.

Digər xəbərlər