Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Məlikov xidmət yerini qanunsuz tərk etdiyinə və avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 4 ay müddətinə həbs edilib.

Məsələ ilə bağlı Əziz Məlikovun atası, Şamaxı rayon Məlhəm kənd bələdiyyəsinin sədri Soltanpaşa Məlikov "Unikal"a açıqlama verib:

Bəziləri deyirlər ki, oğlumun bu hərəkətinə görə istefa verməliyəm. Məgər, oğlum nə edib ki, işdən çıxım? Hər şey Allahın qismətidir", - deyə o bildirib.

"Bu məsələlərdən sonra əsəbiləşmişəm, şəkərim də qalxıb. Hazırda vəziyyətim yaxşı deyil. Hər şey bir-birinə qarışıb. Mənim oğlum nə edib ki? Adam öldürməyib, bir şey etməyib. Uşaqdır da, biraz gecikməsi olub, qurtardı getdi.