Saytımızı qiymətləndirin


 
 

Viktor Orban Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyib
Tarix: 21-06-2022 | Saat: 07:35
Bölmə:Karusel / Dünya | çapa göndər

Macarıstanın Baş naziri postuna keçirilən seçkilərdə yenidən Viktor Orban qalib gəlib

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna və Moldovaya, həmçinin Gürcüstan və Bosniya və Herseqovinaya Avropa İtifaqına namizəd statusu verməyə çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin mətbuat xidmətinin rəhbəri Bertalan Havaşi məlumat verib.

“Viktor Orban qurumun Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi təklifi ilə razılaşıb. Bununla belə, o əlavə edib ki, Macarıstan bir sıra digər üzv dövlətlərlə birlikdə Gürcüstan və Bosniya məsələsində də namizəd statusunun təmin edilməli olduğuna inanır”-deyə, o bildirib.

Onun sözlərinə görə, Orban Belçika, Bolqarıstan, Estoniya, Lüksemburq və Malta hökumət başçıları ilə yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə videokonfrans formatında görüşdə iştirak edib.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər