Saytımızı qiymətləndirin


 
 

Laçın Rayon İcra Hakimiyyətində Videokonfrans Formatında Müşavirə Keçirilib
Tarix: 06-05-2020 | Saat: 22:00
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Laçın Rayon İcra Hakimiyyətində videokonfrans formatında müşavirə keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 2020-ci il mayın 6-da rayonun xidmət sahələrinin rəhbərləri və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrlə videokonfrans formatında müşavirə keçirmişdir.

Qarabaginfo.az xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli videokonfransla təşkil edilmiş müşavirdə koronavirusa qarşı rayon üzrə görülmüş işlərdən söz açaraq, xüsusi karantin və sanitar rejimi ilə əlaqədar yerlərdə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı mövcud vəziyyətdən danışmışdır. O, ticarət, ictimai iaşə və xidmət sahələrinin fəaliyyətinin zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməsi, ictimai yerlərdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməməsi, tibbi-pofilaktik qaydalara əməl etməklə maarifləndirmə və təbliğat işlərinin mütəmadi olaraq aparılması barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermiş, daga sonra xidmət sahələrinin rəhbərlərinin və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin məlumatlarını dinləmişdir.

Vurğulanmışdır ki, ölkə başçısı cənab İlham Əliyevin, eləcədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq, Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda birlik və həmrəyliyə çağıran müxtəlif sosial kampaniyalar təşkil olunaraq aztəminatlı ailələrə, ahıl sakinlərə, şəhid ailələrinə, Qarabağ əlillərinə maddi yardımlar edilmiş, ərzaq bağlamaları verilmiş, vətəndaşlara evlərdə sosial-məişət xidmətləri göstərilərək, xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla, “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilmiş, həmin məqsədyönlü tədbirlər hazırda da davam etdirilir.

Rayon rəhbəri videokonfransda “Laçın Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Güllü İbadovanın, Laçın Rayon Məşğulluq Mərkəzinin direktoru Məmmədyar Şükürzadənin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Laçın Rayon Şöbəsinin müdiri Ramiz Mehtiyevin, Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sahib Quliyevin elan edilmiş xüsusi karantin rejimi dövründə görülmüş işlər barədə məlumatlarını dinləmiş, bu istiqamətdə qarşılıqlı fikir mübadilələri aparılmışdır.

Daha sonra çıxış edən Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Həsənquliyev, Vağazin kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Fəxrəddin Bayramov, Şeylanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Maşallah Baxışov çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edərək, rayon sakinlərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək koronavirus təhlükəsinə qarşı birmənalı olaraq həmrəylik nümayiş etdirdiklərini bildirmişlər.

Müşavirənin sonunda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli hər kəsə öz işində daha məsuliyyətli olmağı, tələb olunan karantin və sanitar rejimi qaydalarına əməl edilməsi istiqamətində xidmət sahələrinin rəhbərlərinə və müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndələrə konkret tapşırıqlar vermişdir.Laçın Rayon İcra Hakimiyyətində videokonfrans formatında müşavirə keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətində videokonfrans formatında müşavirə keçirilmişdir.


Xəbəri paylaş

491 dəfə oxunub.

Digər xəbərlər