Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 17-06-2022 | Saat: 16:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2117 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 327, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 307, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1338, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 145 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 750 600, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 351 876, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 851 827, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 299 020, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 877 nəfər təşkil edir.



Xəbəri paylaş

223 dəfə oxunub.

Digər xəbərlər