Tarix: 17-06-2022 | Saat: 13:08
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bir müddət öncə 1-ci Ordu korpusu komandiri vəzifəsindən azad olunmuş general-mayor Hikmət Həsənovun Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət etdiyi barədə məlumat vermişdik.
Hikmət Həsənovu 1-ci Ordu korpusu komandiri vəzifəsində kimin əvəzlədiyinə gəlincə, bu haqda bir neçə dəfə təsdiqlənməmiş qeyri-rəsmi informasiya dərc edilib.
Bu günlərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirilmiş 15 iyun - Milli Qurtuluş günü münasibətilə keçirilən tədbir 1-ci Ordu korpusu komandirinin kim olduğuna aydınlıq gətirib.
Modern.az-ın məlumatına görə, tədbirdə iştirakçılara polkovnik Qiyas Abbasov 1-ci Ordu korpusu komandiri olaraq təqdim edilib.
Hərbi mənbələrin məlumatına görə, polkovnik Qiyas Abbasov daha əvvəl 3-cü Ordu Korpusunun komandir müavini vəzifəsində xidmət edib.
Onun general-mayor Hikmət Həsənov yaxın hərbi kadr olduğu qeyd edilir.
Əslən Ağcabədi rayonunun Poladlı kəndindən olan polkovnik Qiyas Abbasov 2016-cı ilin “Aprel döyüşləri”nin iştirakçılarındandır. O, 2020-ci il sentyabrin 27-dən noyabrın 10-dak davam etmiş Vətən müharibəsində də iştirak edib.
Qiyas Abbasovun “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunduğu bildirilir.
Digər xəbərlər