Milli Məclisdə Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reyslərinin bərpa olunması təklif edilib. 

Qarabaginfo.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev çıxış edib. 

“Çox təəssüflər olsun ki, bu gün Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reysləri işləmir. Artıq pandemiya bitib. Düşünürəm ki, bu məsələyə AZAL tərəfindən, aidiyyatı qurumlar tərəfindən baxılsa, çox yaxşı olar”.

O bildirib ki, Gəncədə aviareyslərin həyata keçirilməsi məsələsinə yenidən baxılmalıdır: