Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə Ermənistan arasında dialoqun normallaşma prosesində müsbət irəliləyiş olduğunu bildirib.
Qarabaginfo.az xəbər verir ki, “Əl-Cəzirə” telekanalına danışan Paşinyan Türkiyə ilə 30 ildir bağlı olan sərhədin açılmasına ümid etdiyini bildirib.
“Ankara ilə İrəvan arasında münasibətləri normallaşdırmağın yolu nədir? sualına Paşinyan "Dialoq çox müsbətdir, ümid edirik ki, nəzərəçarpacaq nəticələr əldə edəcəyik", - deyə cavab verib.