Saytımızı qiymətləndirin


 
 

“Putinə nifrət edənlər bizə qoşulsun” - Ruslar öz ölkələrinə qarşı DÖYÜŞÜR
Tarix: 16-06-2022 | Saat: 12:26
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya-Ukrayna müharibəsi tam sürətlə davam edərkən, cəbhədən diqqət çəkən xəbərlər gəlir.

 

Qarabaginfo.az xəbər verir ki, bu dəfə Ukrayna ordusunda Rusiya vətəndaşlarından ibarət legion yaradılıb. Belə ki, Ukraynada yaşayan ruslar öz həmvətənlərinə qarşı vuruşmağa başlayıb.

 

Rusiya ordusuna qarşı apardıqları mübarizədən sonra Ukraynada qəhrəman elan edilən əsgərlər ilk dəfə mediayada çıxış ediblər.

 

Britaniyanın “Daily Mail” qəzetində yer alan xəbərə görə, bir çox ruslar Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşmək üçün öz ordularından qaçıblar.

 

 

Yeni yaradılan legionun üzvü Volodimir Grotskov niyə Ukraynanın tərəfinə keçdiyini açıqlayıb. 48 yaşlı döyüşçü müharibədən əvvəl elektrik mühəndisi işlədiyini söyləyib. O bildirib ki, ölkəsini sevir, amma Kremli dünya sülh və təhlükəsizliyini təhdid edən dağıdıcı qüvvə kimi görür.

 

“Bu, iddialı səslənə bilər, amma mən azadlıq və demokratiya uğrunda mübarizə aparıram. Amma bilirəm ki, bizi tutsalar öldürəcəklər. Mən xalqıma səslənirəm, Putin rejiminə nifrət edirsinizsə və Rusiyanın azad, demokratik ölkə olmasını istəyirsinizsə, bizə qoşulun. Ola bilər, biz ölək, amma haqq savaşında öləcəyik”, - deyə  Volodimir Grotskov vurğulayıb.

 

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, rusiyalı dissidentlərdən ibarət “Rusiyanın azadlığı legionu”nun 100-dən çox üzvü var. Bildirilir ki, bu legionda Rusiyanın Ukraynada törətdiyi vəhşilikləri görüb tərəfini dəyişən ruslar yer alır.(modern.az)



Xəbəri paylaş

1205 dəfə oxunub.

Digər xəbərlər