İyunun 13-ü, saat 20:00 radələrində Bakının Səbail rayonu ərazisində kuryoz hadisə baş verib.
Qarabaginfo.az minval-az-a istinadla xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarında Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”na dəstəyin rəmzi olan “Z” hərfi çəkilib.
Ərazinin 9-cu polis bölməsinin əməkdaşları qoruq obyektinə zərər vuran şəxsi müəyyənləşdiriblər. Onun paytaxt sakini Aleksandr Saprıkin (1955-ci il təvəllüdlü) olduğu məlum olub.
Polis onu tapıb və barəsində inzibati tənbeh tətbiq etmək üçün polis bölməsinə aparıb.