"Kiyev Rusiyaya hücum etməlidir, əks halda İsrailə çevriləcəyik..."
Tarix: 13-06-2022 | Saat: 13:35
Bölmə:Karusel / Region | çapa göndər
1391 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-06-2022 | Saat: 13:35
Bölmə:Karusel / Region | çapa göndər

"Hərbi vəziyyət ilə müharibə vəziyyəti arasında dəqiq fərq qoyulmalıdır və Rusiya ərazisinə zərbələr endirmək üçün Ali Baş Komandanın siyasi qərarı lazımdır"
Əgər Kiyev Rusiya ərazisinə "silahın çata biləcək dərinliyinədək" zərbələr endirməsə, Ukrayna İsrailə çevriləcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində bəyan edib.
Jurnalistin onun "özü Rusiya ərazisinə zərbələr endirilməsi barədə əmr verərdimi? " sualını cavablandırarkən deyib:
"Mən endirərdim. Bəli, silahın çata biləcək dərinliyinədək zərbələr endirmək lazımdır, yoxsa biz İsrailə çevriləcəyik, orada daima permanent müharibə gedir, onlar, sadəcə, müharibə şəraitində yaşayır".
Jdanov hesab edir ki, hazırda Ukrayna ordusu qoşunlarının Xarkov vilayətində Rusiya ilə sərhədə çıxışı yoxdur.
"Bu gün yox. Çünki yenə də düşmən üzərində atəş üstünlüyünə malik olmaq üçün silahlar çatışmır. Və bir məqamı da qeyd edim. Orada bizim prezidentimizin siyasi qərarı olmalıdır. O, bu qərarı verəcəkmi və biz Rusiya Federasiyası ərazisinə zərbələr endirəcəyikmi, məsələ bundan ibarətdir", - Jdanov izah edib.
Onun fikrinə görə, Silahlı Qüvvələrdən istifadə etməyə imkan verən hərbi vəziyyət kimi hüquqi məqamı müharibə vəziyyətindən dəqiq ayırmaq lazımdır.
"Müharibə elan edilsəydi, biz heç nəyi düşünmədən zərbələr endirərdik, çünki bu, müharibənin aparılması çərçivəsi daxilindədir, yəni söhbət düşməni silahların çata biləcək dərinliyinədək məhv edilməsindən gedəcək. Hərbi vəziyyət şəraitində müharibənin aparılmasına gəldikdə, burada, məni bağışlayın, Ali Baş Komandanın siyasi qərarı lazımdır", - Jdanov vurğulayıb.(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
1-03-2023, 16:29
Səadət Yusifova mədəniyyət nazirinin müavini təyin edilib
31-12-2020, 12:43
Ərdoğan bu dəfə Azərbaycanı belə təbrik etdi - VİDEO
28-12-2017, 19:42
“Etnik separatizm xalqların daxili ehtiyacından qaynaqlanmır...” - Prezidentin köməkçisi
12-12-2021, 13:24
Məzahir Pənahov: "Seçki komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir"
21-03-2024, 12:46
Paşinyan Brüsseldə Blinken və Ursula fon der Lyayenlə görüşəcək
17-01-2022, 10:22
Prokurorluq tanışını qətlə yetirən şəxslə bağlı MƏLUMAT YAYDI
23-01-2022, 21:16
Ermənistan Prezidentinin istefasının əsl səbəbləri məlum olub
10-08-2022, 10:32
Melitopolda Vahid Rusiyanın qərargahı partladıldı
15-01-2026, 08:46
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir


















