Saytımızı qiymətləndirin


 
 

Şəhid ailələri nə qədər Prezident təqaüdü alır?
Tarix: 11-06-2022 | Saat: 12:41
Bölmə:Karusel / Sosial | çapa göndər

Şəhid ailələri nə qədər Prezident təqaüdü alır?

 


Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.

Qurum rəhbəri müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdünün artdığını bildirib: "1-ci dərəcə üzrə 165 manatdan 400 manata çatdırılıb, 1-ci dərəcə əlilliyi olanlara təqaüd (80 manat) təsis olunub, 2-ci dərəcə üzrə 143 manatdan 350 manata, 3-cü dərəcə üzrə 110 manatdan 300 manata çatdırılıb".

DSMF sədri qeyd edib ki, müharibə əlilləri üçün müavinət artımlarına gəlincə, məbləğ 1-ci dərəcə üzrə 101 manatdan 220, 2-ci dərəcə üzrə 81 manatdan 180, 3-cü dərəcə üzrə 73 manatdan 120 manata qaldırılıb.

H.Məmişov əlavə edib ki, ölkə üzrə orta aylıq pensiya artımı 70 faiz olub.



Xəbəri paylaş

346 dəfə oxunub.

Digər xəbərlər