İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Qarabaginfo.az  xəbər verir  ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

İclasın gündəliyinə beynəlxalq və regional təhlükəsizlik, KTMT-nin böhrana operativ reaksiya mexanizmlərinin gücləndirilməsi ilə bağlı məsələlər daxildir.

İclasdan sonra KTMT-yə üzv dövlətlərin nümayəndələri arasında 2022-2024-cü illər üçün xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.

Bildirilir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və KTMT-nin baş katibi Stanislav Zas mətbuata bəyanatlarla çıxış edəcəklər.