Saytımızı qiymətləndirin


 
 

Vergi Məcəlləsinə dəyişikliklər edildi
Tarix: 09-06-2022 | Saat: 18:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vergi Məcəlləsinə dəyişikliklər edildi

Qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Dəyişikliklərə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilir.

Bu güzəştin məqsədi qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda ticarət edilən qiymətli kağızlara marağın artırılmasıdır.

Digər dəyişiklik istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və əsas meyar kimi istiqraz mülkiyyətiçisinin həmin istiqraza malik olduğu günlərin sayının nəzərə alınmasıdır.

Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini stimullaşdıracaqdır. Eyni zamanda hüquqi şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi müəyyən edilib.

Bu dəyişikliklərin tətbiqi nəticəsində investisiya qiymətli kağızları olan səhm və istiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsinə və emitentlərin fond birjasında listinqə çıxışına marağın artacağı proqnozlaşdırılır.

Qeyd edilən dəyişikliklər birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda bazarın şəffaflığının yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər