Tarix: 09-06-2022 | Saat: 06:48
Bölmə:Karusel / Region | çapa göndər
ABŞ Prezidenti Cozef Bayden iyunun 25-28-də Almaniyada keçiriləcək G7 liderlərinin sammitində və İspaniyada təşkil olunacaq NATO sammitində iştirak etmək üçün Avropaya səfər edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
"Bayden G7 liderlərinin zirvə toplantısında iştirak etmək üçün iyunun 25-də Almaniyanın cənubundakı Elmau şəhərinə gedəcək", - o deyib.
Zirvə görüşündə G7-nin Ukraynaya verdiyi dəstək, iqtisadi və demokratik dayanıqlıq, iqlim dəyişikliyi, inkişaf və qlobal sağlamlıq təhlükəsizliyi müzakirə ediləcək. Jan-Pyer toplantıda Rusiya-Ukrayna müharibəsi səbəbindən ortaya çıxan qida və enerji böhranının da diqqət mərkəzində olacağını vurğulayıb. “Müharibə sammitin mühüm mövzuları arasında olacaq”, - o qeyd edib.
"İyunun 28-də Bayden NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə gedəcək", - Ağ Ev rəsmisi deyib.
Digər xəbərlər