Tarix: 09-06-2022 | Saat: 00:43
Bölmə:Karusel / Gündəm | çapa göndər
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulub.
Qarabaginfo.az-ın məlumatına görə, sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma oynanılıb.
A Liqasının 4-cü qrupunda Belçika Polşanı 6:1 hesabı ilə darmadağın edib və ilk qələbəsini qazanıb. Qrupun digər matçında Niderland səfərdə Uelsə qalib gələrək xallarının sayını 6-ya çatdırıb.
B Liqasının 1-ci qrupunda Şotlandiya Ermənistanı 2 cavabsız qolla üstələyib. Ukrayna isə səfərdə İrlandiyanı yenib - 1:0.
UEFA Millətlər Liqası
A Liqası
4-cü qrup
Uels - Niderland - 1:2
Qol: Riys Norrinqton-Deyvis, 90+2 - Teun Kopmeyners, 50. Vaut Veqhorst, 90+4
Belçika - Polşa - 6:1
Qollar: Aksel Vitsel, 42. Kevin De Bröyne, 59. Leandro Trossard, 73. 80. Leander Dendonker, 83. Lois Openda, 90+3 - Robert Levandovski, 28.
Xal durumu: Niderland - 6, Belçika - 3, Polşa - 3, Uels - 0.
B Liqası
1-ci qrup
Şotlandiya - Ermənistan - 2:0
Qol: Antoni Ralston, 28. Skott Makkenna, 40
İrlandiya - Ukrayna - 0:1
Qol: Viktor Tsuqankov, 47
Xal durumu: Şotlandiya - 3, Ukrayna - 3, Ermənistan - 3 (2 oyun), İrlandiya - 0 (2 oyuna)
Digər xəbərlər