Tarix: 07-06-2022 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
Artıq iki ildən çoxdur ki, Azərbaycan koronavirusa görə qonşu ölkələrlə quru sərhədlərini bağlayıb. Vətəndaşlar xaricə yalnız hava yolu ilə gedib-gələ bilirlər. Təkcə Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıqdır.
Bəs, Azərbaycana qonşu olan ölkələrdə vəziyyət necədir?
Gürcüstan
Rəsmi Tiflis bütün qonşuları ilə - Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan - quru sərhədlərini açıb.
Rusiya
Rusiya Abxaziya, Cənubi Osetiya, Belarus, Monqolustan, Gürcüstan və Qazaxıstana gediş üçün quru sərhədlərini açıq elan edib. Eyni zamanda, Rusiya Çinlə də quru sərhədini açıb.
Türkiyə
Türkiyə də Azərbaycanla (Naxçıvan vasitəsilə) yanaşı digər qonşu ölkələr üçün quru sərhədlərini açıb.
İran
İran da qonşu ölkələri ilə quru sərhədlərini açıq elan edən ölkələr arasındadır.
axar.az
Digər xəbərlər