Tarix: 01-02-2019 | Saat: 06:49
Bölmə:Karusel / Sosial | çapa göndər
Azərbaycanda həkim 3 yaşlı uşağa "donuz qripi”virusu diaqnozunu qoyub.
"Qarabaginfo" "Mia.az"a istinadən xəbər verir ki, uşağın atası Orxan Mərdanov unikal.org-a açıqlamasında bildirib ki, 10.02.2016-cı il təvəllüdlü qızı Gülayın bir neçə gündür hərarəti düşmür. Ata əlavə edib ki, Gəncə şəhərində fəaliyyət göstərən türk həkim qızının "donuz qripi” virusuna yoluxduğunu deyib.
"Qızımın 3 gün qızdırması oldu. Cəmil Tüzüner adlı türk həkimin yanına apardıq. Həmin pediatr Ozon Tibb Mərkəzində işləyir. Dedi virusdur. Sonradan bu gün zəng vurduq ki, uşağın qızdırması ancaq dərmanla düşür, sonradan yenidən qalxır. Dedi qan analizi versin. Mən də övladımı aparıb, Gəncə Beynəlxalq Xəstənanasında qan analizi verdik. Sonra həkim baxıb dedi ki, "donuz qripi”virusunun simptomlarıdır. Sonradan başqa həkimlərlə əlaqə saxladım. Onlar da deyir ki, uşağın burnundan nümunə götürdükdən sonra dəqiq bilinəcək. Biz də uşağın burun iltihabından nümunə götürüb, Bakıya yolladıq. Gözləyirik ki, Bakıdan cavab gəlsin. Başqa həkimlər də deyir analizin cavabı çıxmadan o virus olduğunu təsdiqləmək olmur. Gəncədə Nofel həkimin də yanına aparmışıq. O dedi uşağın ciyərlərində problem yoxdur. Analizin cavablarından sonra tam nəsə demək olar”.
Digər xəbərlər