Saytımızı qiymətləndirin


 
 

Lavrov Rusiyanın Qərbə necə cavab verəcəyindən DANIŞDI
Tarix: 06-06-2022 | Saat: 16:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov onun Serbiya səfərini pozan ölkələrə cavab verilmə ehtimalını şərh edib.

Qarabaginfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Lavrov rəsmi Moskvanın xalqlar arasında əlaqələri poza biləcək heç bir iş görməyəcəyini bildirib.
 

"Cavablara gəlincə, bilirsiniz ki, biz heç vaxt xalqlar arasında münasibətləri daha da çətinləşdirən iş görməyəcəyik. Bunu Qərb tərəfdaşlarımız edir", - Lavrov mətbuat konfransı zamanı deyib.
 

Onun sözlərinə görə, bu gün Avropada getdikcə daha çox “ağıllı adamlar düşünməyə başlayırlar ki, niyə Rusiyadan düşmən qazanmalıdırlar”.


Xatırladaq ki, Lavrovun 6-7 iyuna nəzərdə tutulan Serbiya səfəri Monteneqro, Şimali Makedoniya və Bolqarıstan hava məkanlarını Rus təyyarələrinə qadağan etdiyi üçün ləğv olunub. 



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər