Tarix: 05-06-2022 | Saat: 15:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin 30 ilik yubileyi münasibətilə idman festivalı keçirilib.
Qarabaginfo.az xəbər verir ki, festivalda çıxış edən gənclər və idman nazirinin əslən bolqarıstanlı müavini Mariana Vasilyeva hər kəsi salamlayıb. O, belə bir festivalın iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcəyinə inam ifadə edib.
Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkürünü bildirib.
Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Ruslan Rzayev, Milli Məclisdə Azərbaycan-Bolqarıstan işçi qrupunun rəhbəri Rauf Əliyev iki ölkə arasındakı müxtəlif sahələrdə dostluq münasibətlərinin inkişafından bəhs ediblər.
Festival açıq elan olunduqdan sonra iki ölkənin dövlət himnləri səsləndirilib.
Daha sonra müxtəlif növlər üzrə mübarizəyə start verilib.
Digər xəbərlər