Saytımızı qiymətləndirin


 
 

Ukrayna Rusiyanın məşhur jurnalistinə vətəndaşlıq verib
Tarix: 03-06-2022 | Saat: 12:38
Bölmə:Karusel / Region | çapa göndər

Aleksandr Nevzorov: “Ermənilərə bu dəfə başqasının əli ilə qalib gəlmək nəsib olmadı” | KONKRET

“Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə ölkəmiz qarşısında müstəsna xidmətlərinə görə Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda yazıb.

“Cəsarətinizə, dürüstlüyünüzə, müharibənin dayandırılması üçün səmimi şəkildə yardım etdiyinizə və real vəziyyətin düzgün qiymətləndirilməsinə görə, Aleksandr və Lidiya, sizə təşəkkür edirəm”, - DİN başçısının müşaviri bildirib.

O qeyd edib ki, martın 23-də Rusiyanın İstintaq Komitəsi Aleksandr Nevzorova qarşı “Rusiya Federasiyasının silahlı qüvvələrini nüfuzdan salma” ittihamı ilə iş açıb:

“Buna səbəb Mariupolda doğum evinin vəhşicəsinə bombalanmasını Rusiya xalqına dürüst şəkildə anlatması olub”.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər