Saytımızı qiymətləndirin


 
 

Kürdəmirdəki qəzada 2 nəfər həlak olub
Tarix: 02-06-2022 | Saat: 00:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kürdəmirdəki qəzada 2 nəfər həlak olub - FOTO

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolununun Kürdəmir rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı mikroavtobus onunla əks istiqamətdə hərəkətdə olan "KAMAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü Ağsu rayon sakini 64 yaşlı Əşrəfov Elman Vəzir oğlu və onun sərnişini 42 yaşlı Ağayev Niyaməddin Babalı oğlu hadisə zamanı dünyalarını dəyişiblər. Bundan başqa "KamAZ"ın sürücüsü, 53 yaşlı Şəki rayon sakini İsmayılov Faiq Nağdalı oğlu və mikroavtobusda olan digər sərnişin, 57 yaşlı Əşrəfova Firəngiz Talıb qızı müxtəlif növ ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər