Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib
Tarix: 16-07-2022 | Saat: 00:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda orta illik inflyasiya 12,9% təşkil edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda inflyasiya 12,9% təşkil edib, o cümlədən qida məhsulları üzrə qiymət indeksi 19% artıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar ölkədə antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrası həyata keçirilir.

"Həmin tədbirlər planı çərçivəsində ərzaq bazarlarında sağlam rəqabətin təmin edilməsi və qiymət manipulyasiyasının qarşısının alınması, minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması, bu məhsullar üzrə idxalın dayanıqlılığının və ixraca effektiv nəzarətin təmin edilməsi, onların daxili istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir", - deyə nazir qeyd edib.



Xəbəri paylaş

1212 dəfə oxunub.

Digər xəbərlər